Sumqayıt şəhər
N nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Rüstəmova
Vüsalənin 6C sinfində “Əmsal” mövzusunda keçirdiyi açıq dərsin icmalı
23-01-2014
Standart: 1.2.1. Tam ədədlər üzərində hesab əməllərini yerinə yetirir.
Mövzu: Əmsal.
Dərsin məqsədi: 1) Əmsalı təyin edir.
2) Müxtəlif işarəli ədədlərin hasilini tapa bilir.
Dərsin tipi: induktiv.
İş forması: Kollektiv və qruplarla iş.
İş üsulu: Beyin həmləsi,müzakirə.
İnteqrasiya: Azərbaycan dili,Tarix,Coğrafiya,Biologiya.
Resurs: dərslik, İKT avadanlıqları,iş vərəqləri,marker,flipçat.
İstifadə olunmuş ədəbiyyat:
1. Riyaziyyat-6 dərslik(Bakı-2013, Sevda İsmayılova, Arzu Hüseynova)
2. Tarix-6 dərslik (Bakı-2013)
3. Coğrafiya-6 dərslik (Bakı-2013)
4. Biologiya-6 dərslik (Bakı-2013)
5.http://az.wikipedia.org/w/index.php?search=%C9%99msal&title=X%C3%BCsusi%3AAxtar , http://www.islaminsesi.az/2012-10-24-05-57-21/maraqli/item/3175-bu-gunun-tarixi.html, https://www.facebook.com/groups/riyaz.muallimi/
Sinfin təşkili(2 dəq)
Əvvəl siniflə salamlaşıram. Növbətçıdən davamiyyəti soruşuram. Adəti üzrə növbətçi olan şagird davamiyyəti, tarixi və həmən günlə əlaqədar əlamətdar hadisələri qeyd edir.
Əlavələr lazımdırsa mən edirəm:
23 yanvar 1992-ci ildə Amerika Azərbaycanın müstəqilliyini tanıyıb.
23 yanvar 1556-cı ildə Çində 800 000 nəfərin ölümü ilə nəticələnən zəlzələ baş verir.
23 yanvar 1950-cı ildə Təl-Əviv İsrailin paytaxtı elan olunur.
Evə verilmiş tapşırığı yazılmış dəftərlər qrup şəklində yığılır və mənə təqdim edilir.Keçmiş dərsdə yığıb yoxladığım ev işi dəftərləri şagirdlərə paylanılır.
Motivasiya
Müəllim:
-Düzbucaqlının sahəsi necə tapılır?
Şagird:
-Düzbucaqlının sahəsini tapmaq üçün onun enini uzunluğuna vurmaq lazımdır.
Müəllim:
-Eni 1,5 sm, uzunluğu 6 sm olan düzbucaqlının sahəsi neçə olar?
Şagird:
-S=1,5*6=9 (sm2)
Müəllim:
-Eni a, uzunluğu b olan düzbucaqlının sahəsi necə hesablanır?
Şagird:
-S=ab düsturu ilə.
Slayd №2 ekrana gəlir.
Müəllim:
-Gördüyünüz düzbucaqlının sahəsi nəyə bərabərdir?Cavablar müxtəlif ola bilər,hamısı dinlənilir,yekun olaraq S=6ab cavabı alınır və bu cavab slaydda göstərilir. Sadələşdirmə zamanı Vurmanın hansı qanunundan istifadə olunduğu xüsusi vurğulanır(yerdəyişmə qanunu).
Bu tipli misalların,riyazi ifadələrin hasilinə aid slayd 3-də 4 misal verirəm,hər qrupdan bir şagirdi durğuzub cavabı soruşuram. Cavablar qane etməsə qrup üzvlərinə yoldaşlarına kömək etmələrini tapşırıram.
Slayd 3:
Misalların düz cavabı alındıqdan sonra slayddakı cavablar ekrana gəlir.
Müəllim:
-Beləliklə,biz riyazi ifadələrin hasilini sadələşdirməyi öyrəndik. Burada əsas olan ədədi vuruqların hasilidir. Bugünkü dərsimiz də məhz bu ədədi vuruqların hasili zamanı alınan ədədlə əlaqədardır. Bu ədəd xüsusi adla adlandırılır. Bu ad sizlər üçün yeni termin olacaq. Adın tapılması üçün hər qrupa bir rebus verəcəm. 1dəqiqə ərzində cavabı tapıb qeyd etməlisiz.
Cavablar:
Rebus 1: Əl(L=M)=ƏM + NAL(N=S)=SAL = ƏMSAL
Rebus 2: ƏT(T=M)=ƏM + SAP(P=L)=SAL = ƏMSAL
Rebus 3: TOM(“O=Ə)=ƏM + SOL(O=A)=SAL = ƏMSAL
Rebus 4: CƏM (“)=ƏM + SAZ(Z=L)=SAL = ƏMSAL.
Müəllim:
-Beləliklə,bugünkü mövzumuzun adı:ƏMSALdır. Əmsal sözünün hərfi mənasını tapıb araşdırmağı sizə müstəqil olaraq tapşırıram.
TƏDQİQATIN APARILMASI
Tədqiqat suallarını işçi vərəqlərdə hər qrupa paylayıram. Bunun üçün 4 işçi vərəqi hazırlamışam. Hər qrupdan bir nəfər təsadüfi bir işçi vərəqini götürür. 5dəqiqə ərzində qruplar tapşırıqları yerinə yetirməli,xüsusi A3 vərəqlərində səliqə ilə cavabları yazıb lövhəyə bərkitməlidilər.
Cavablar:
1) ab riyazi ifadəsinin əmsalı 1-ə bərabərdir.
2) a) 3x·(-2y) ·2,5z=-15xyz əmsalı -15 3) Əmsallar cəmi:
b) -4a·(-3b) ·2c=24abc əmsalı 24 -15+24+11=20
c) 3m· n·k=11mnk əmsalı 11
Cavablar:
1) -xy riyazi ifadəsinin əmsalı -1-ə bərabərdir.
2) a) -3a·4b ·(-2c)=24abc əmsalı 24 3) Əmsallar cəmi:
b) 0,5m·5n ·10k=25mnk əmsalı 25 24+25+(-48)=1
c) 10y·(- x)·2z=-48xyz əmsalı -48
Cavablar:
1) mn riyazi ifadəsinin əmsalı 1-ə bərabərdir.
2) a) 2,4m·5n ·(-k)=-12mnk əmsalı -12 3) Əmsallar cəmi:
b) -2x·(-3y) ·2,5z=15xyz əmsalı 15 -12+15+16=19
c) 7a·b·2c=16abc əmsalı 16
Cavablar:
1) -pq riyazi ifadəsinin əmsalı -1-ə bərabərdir.
2) a) -2m·(-5n) ·6k=60mnk əmsalı 60 3) Əmsallar cəmi:
b) 2a·(-1,5b) ·2c=-6abc əmsalı -6 60+(-6)+36=90
c) -8y·x·(-2z)=36xyz əmsalı 36
Qrupların yekun cavabları dairəyə alınır,yekunda 20 1 19 90 alınır. Müəllim:
-Lövhəyə diqqətlə baxın. Bu ədədlər birlikdə nəyi xatırladır?
Şagirdlər bu ədədlərin 20 yanvar 1990-cı ili xatırlatdığını deyirlər.Şagirdlərdən 20 yanvar haqqında qısa bayatılar soruşulur. Hər qrupdan bir şagirdin deməsi kifayətdir. Bayatılar deyilən vaxt 12-ci slaydda 20 yanvar şəhidlərinə aid foto slayd nümayış olunur.
Şeüirlərdən sonra diqqəti yenidən qrup işlərinə yönəldirəm. 3-cü suala yazılan cavablara baxırıq. Sual belə idi: Əmsal sözünün hər hərfi ilə başlayan bir söz yazın. Şagirdlərin cavabları oxunur.
Müəllim:
14 nömrəli slayd ekrana gəlir.
Slayddakı ilk sözü tapan qrupa 3,2ci sözü tapana 2,3-cü sözü tapana 1 xal verilir və qiymətləndirmə cədvəlində qeyd olunur. Eyni zamanda tətbiqetmə mərhələsindəki işlər 5 ballıq sistemlə qiymətləndirilib cədvəldə qeyd olunur.
Tətbiqetmə
Növbəti tətbiqetmə mərhələsində qrupların yarışını təşkil edirəm.
“Breyn-rinq” adlı yarışmamız test formasındadır. Bölmələr:
Azərbaycan-dili, Tarix, Coğrafiya, Biologiya, Məntiq və Əyləncəli riyaziyyat. Hər bölmədə 5sual var. Sualların cavablarını ifadə edən ədəd variantlarda verilmiş ifadələrin əmsallarının mütləq qiymətinə bərabərdir. Şagirdlər 3 variantdakı əmsalları tapmalı,hansının verilmiş sualın cavabını olduğunu deməlidir. Cavabın səhv ,yaxud düzgün olmasını slayd vasitəsilə yoxlayacağıq.(Məntiq və əyləncəli riyaziyyat bölmələrində variant yoxdur)
Bölmələr:
Şagirdlərə tövsiyyəm: Zəfər qrupu 10 ballı sualları, Uğur qrupu 20 ballı sualları, Qələbə və Lider qrupları 30 və 40 ballı sualları seçsinlər. 50 ballı suallar qalibi müəyyən etmək üçün lazım olsa istifadə olunacaq.
Hər qrupdan bir şagird lövhəyə gəlir,istədiyi bölmədən 1 sualı seçir və lövhədə həll edir. Qurtardıqda cavabı elan edir. Slaydla cavabın doğruluğu yoxlanılır. Cavab doğru olarsa o qrupa 1 xal verilir,səhv olarsa 1xal çıxılır və qrupun digər üzvü köməyə gəlir. Yeni üzv düzgün həll etsə xal sıfırlanır,əks halda xal -2-yə enir. Bu qayda ilə hər qrupdan 6 şagird
növbə ilə lövhədə həll edirlər. Qiymətləndirilmə xüsusi yerdə qeyd olunur,yekun xal cədvəldə göstərilir.
Suallar və düzgün cavablar belədir.
Azərbaycan dili |
| | | | |
Düzgün cavablar: |
C) -11ab əmsal -11, mütləq qiyməti 11 | B) 6ab əmsal 6, mütləq qiyməti 6 | B) -3xy əmsal -3, mütləq qiyməti 3 | B) -2xyz əmsal -2, mütləq qiyməti 2 | A) 3mnk əmsal 3, mütləq qiyməti 3 |
T a r i x |
| | | | |
Düzgün cavablar: |
A) ab əmsal 1, mütləq qiyməti 1 | C) -5ab əmsal -5, mütləq qiyməti 5 | B) -672ab əmsal -672, mütləq qiyməti 672 | B) 28abc əmsal 28, mütləq qiyməti 28 | B) 282abc əmsal 282, mütləq qiyməti 282 |
C o ğ r a f i y a |
| | | | |
Düzgün cavablar: |
C) 5xy əmsal 5, mütləq qiyməti 5 | B) 12ab əmsal 12, mütləq qiyməti 12 | C) 3xy əmsal 3, mütləq qiyməti 3 | B) 3500abc əmsal 3500, mütləq qiyməti 3500 | A) -1500xyz əmsal -1500, mütləq qiyməti 1500 |
B i o l o g i y a |
| | | | |
Düzgün cavablar: |
C) -4xy əmsal -4, mütləq qiyməti 4 | B) -2xy əmsal -2, mütləq qiyməti 2 | A) -200mk əmsal -200, mütləq qiyməti 200 | C) -4xyz əmsal -4, mütləq qiymət 4 | B) 3600mnk əmsal 3600, mütləq qiymət 3600 |
Məntiq |
| | | | |
Düzgün cavablar: |
3+5=8 5+8=13 8+13=21 | 21-1=20 20-2=18 18-3=15 15-4=11 11-5=6 6-6=0 | 1*1=1 1*2=2 2*3=6 6*4=24 24*5=120 120*6=720 | 23=8 33=27 43=64 53=125 63=216 | 2*2+3=7 7*2+3=17 17*2+3=37 37*2+3=77 77*2+3=157 |
Əyləncəli riyaziyyat |
| | | | |
Düzgün cavablar: |
Cavab: 5 | Cavab: on iki və ya 12. | Cavab:cəmi. Rəqəmlər 0-9 rasındadır,hasili 0-a bərabərdir. | Cavab: 2sm. 240 səhifə 120 vərəqdir,bu da 2sm edir. | Cavab:5040. ƏKOB tapmaq lazımdır. |
Ümumiləşmə və nəticə.
Əmsalın tərifini şagirdlərlə ümumiləşdirirəm. Riyazi ifadədəki ədədi vuruğa ƏMSAL deyilir.
Əmsalın tapılmasına aid şifahi suallar verirəm:
5a·2b ifadəsində əmsal neçədir?
10
7m·(-4n) ifadəsində əmsal neçədir?
(-28)
1,4x·(-5y)·(-3z) ifadəsində əmsal neçədir?
21
abc ifadəsində əmsal neçədir?
1.
Qiymətləndirmə və refleksiya
Qrup işlərinin qiymətləndirilməsinə əmkdaşlıq və vaxta qənaət də əlavə olunub yekun vurulur,qalib qrup elan olunur. (Əlavə olaraq tez hesablanması üçün exceldə tərtib etdiyim qiymətləndirmə cədvəlinə də ballar yazılır,yekun bal avtomatik cəmlənir). Qiymətləndirmə cədvəli belədir:
Meyar | UĞUR | QƏLƏBƏ | ZƏFƏR | LİDER |
Rebus | | | | |
Təqdimat(misal) | | | | |
Söz bazası | | | | |
Tətbiqetmə(yekun) | | | | |
Əməkdaşlıq | | | | |
Vaxta qənaət | | | | |
Yekun | | | | |
Qrup qiymətləndirməsindən sonra əvvəldən yazılmış 4səviyyədə qiymətləndirmə meyarları cədvəlinə uyğun olaraq 5-6 şagirdi fərdi qiymətləndirib gündəliklərində qeyd edirəm.
Standart | 1.2.1. Tam ədədlər üzərində hesab əməllərini yerinə yetirir. |
Səviyyə | I səviyyə | II səviyyə | II səviyyə | IV səviyyə |
Meyar | Əmsal anlayışını anlayır | Verilmiş hasildə əmsalı çətinliklə təyin edir | Verilmiş hasildə əmsalı müəllimin köməkliyi ilə tapır | Verilmiş hasildə əmsalı sərbəst şəkildə təyin edir |
Sonda şagirdlərə ev tapşırıqlarını verirəm. Tapşırıqlar 17 nömrəli slaydda verilib.
11